Elnur Valeh ft Dəniz Firudinli - Dəli Şair və Dəniz [2021]

Mahnı sözləri: Mən dəli misralara məna gətirən sözəm, Mən mənə dərdin danışan insan üçün əzizəm, Ümidləri dalğalarla sahilə göndərirəm, Mən sevənlərin mənə dərdin bölüşən dənizəm. Məhəbbətlə yaşayan varlıqlara şahidəm, Göz yaşı ilə yazılan ayrılıqlara şahidəm, Məndə ümidlər və arzular ölü doğulublar, Bəxtsiz adamların bəxt üzükləri boğulublar. Sən dəniz mən dənizlə dərd bölüşən dəli, Gecə sahildə dalğalarla sevişən dəli, Dəli şair dərdə düşüb dənizlə dərdləşir, Qaranlıqda nur axtarır dərdə düşən dəli. Səndən əsən küləklər ilə isinir ruhum, Səninlə qəmlənir, səninlə sevinir ruhum, Qarə buludlar görünür sahildən səndə, Düşür qaranlıqlara zülmət geyinir ruhum. Nəqarət: Qovuşsun sevənlər ürəylərdə, ürəylər qovuşsun sevənlərdə. Olmasın yalanlar xəyanətlər, yaşansın xoş anlar məhəbbətlər. Nağıllar əfsanələr bitməz, mahnılar meyxanələr bitməz, Görmədim bir eşqi zülümsüzdür, həqiqi sevgilər ölümsüzdür. Mən o qədər tək qalanlara şahid olmuşam, Ayrılıq hissin daşıyan qəlblərə dolmuşam, Mənim də sahil ilə aramda ayrılıqlar olub, Ayrılıq sözündən usanmışam yorulmuşam. Çox görüşür mənimlə sevinci bölən aşiqlər, Bəzən hirslənir mənə qəmdən gələn aşiqlər, Sahilim mənim dəli şairlərə meydandır, Məndə dərd dolub neçə eşqdən ölən aşiqlər. Gör nə qədər sevənlərin göz yaşı var səndə, Sevgilərin məzarı var baş daşı var səndə. Sənə dərinliklədən qələm nə yazsın ki, Arzularla bitən bir ömrün yaşı var səndə. Gəlir dalğalar sahil ilə qovuşur-qovuşur, Burada bir nəfər ağlayır tənhalıqla vuruşur. Deyir məhəbbət yoxdur üsyan edir dənizə, Qəlbi qırıq dəli şair sənə səndən danışır.

Yüklənib: 25, Həcm: 6.23 MB

BƏNZƏR MP3-LƏR
Qardasim
Ya Huseyn, vay Huseyn
Ağlama sevda
Sensizem
Şelale
Gönül Dağı
Arıyorum
Gel Antepli
Geler Elbet
Bade Bade