Elvin Nasir - Dost [2021]

Sözləri Ey dost Əlimdən içkini al,Mənə bir şərab gətir Elə bir sərxoş olum dünyanı yaddan çıxarım O qədər içim məst olum və sonra aşiq olum Olmasın mənfəətim,olmasın bir çıxarım Dostum məni al apar uzağlarda tutum qərar Ancaq tək buraxma,yanımda qal ey dost Qalmayıb dizimdə taqət və məndə hal ey dost İnanki yorulmuşam ruhumdan,cismimdən Arxamda durma mənim,önümdə addımla Arxamda duranların zərbələrin çox gördüm Önümdə get ki gedim izlərində,addımla Yüklərim çox ağırdı,de səndə kürək varmı? Bu dünya cəhənnəmdi,əlində külək varmı? Neçə qəlbsizləri gördüm,de səndə ürək varmı? Nə olar etmə xəyanət,qoy sənə təslim olum İsminə dost demişəm,sənə mən dost demişəm Mən kimi dost bildim,nəfəsimi kəsdi mənim Eybi yox səhvdir edib,yenə mən dost demişəm Özümdən ayrı düşmüşəm,elə pis darıxmışam Dostum qərib yerdəyəm,yanıma səfər eylə Məni göstərmir aynalar,baxıram yox kimiyəm Mən özümü itirmişəm,tapsan xəbər eylə Bir gün ölsən əgər,söylə məzar darmı Və həmin dar məzarda dost sirrinə yer varmı? Dostum canım fədadır sənə bil,ancaq ki Canımda canımmı var,belə imkanımmı var? Könül istər ki ucaldım səni mən ərşə qədər Şöhrətim şanımmı var,ya da adım sanımmı var? Desələr neyləyibdir,söylə ahı məndən alıb Denən ki savablar qalıb,günahı məndən alıb Çün mənə güllə atanlar silahı məndən alıb Demirəm dağ kimi ol,dəniz ol yetər mənə Ancaq ki dalğaların qayığlarımı batırmasın İçimdə zərrə qədər güvən qalıbdırsa,səsin Ona lay-lay deməsin,erkən yatırmasın Mən ki bir qərib dərvişəm,bu çöldə zəhər yedim Sən qoyma qanıma keçsin,söylə mən nə edim? Yolları bilirsənsə söylə haqqa nə cür gedim? Həqiqi dostumuz Allahdır,bilirsən bunu sən Ətəyindən yapışım sən məni Allaha apar Səhrada qoyma məni neylərəm bir başıma? Məni kim axtarar ki,kimlər gəlib tapar? Sən məni dosta yetir,əlindən öpüm sənin Qapında qul olaram,olaram nökər sənə Məni haqqa çatdıran zəka səndə varsa əgər Mən heçnə istəmirəm dostluğun yetər mənə Kimin ki imkanı var,istifadə edir əzir Bir özün düşün ginən şair,indi dost nə gəzir

Yüklənib: 1044, Həcm: 4.18 MB

Loading...
BƏNZƏR MP3-LƏR
Titredi Sesim
Ay Tənli Qadın
Sevseydi Getmezdi
Nedir mehebbet
Olub Elesem Yaxsdi
Hadi Anam Hadi
Qelebe