Elvin Nasir Seyyid Taleh - Zaman [2021]

Elvin Nasir ft. Seyyid Taleh - Zaman (Azalır ümidim) Söz, musiqi : Elvin Nasir Rejissor : İlhami Şahbazlı Ssenari : Elvin Nasir Aranjiman : Rəşad Hüseynov Səs uzlaşması : Fəriborz Xatəmi Kamança : Xəyyam Məmmədov İcraçı prodüser : İbrahim Seyfulla Klipdə kamança : Vasim Quliyev Sözləri Azalır ümidim Azalır sabaha Ağarır qara saç əsir əl də daha Baxıram savaba baxıram günaha Döyülən qapıda Ölümün özü var Baxıram susaraq əcəlin üzünə O baxır yenə də qapanan gözümə Deyirəm gəl apar o susur və baxır O baxır gözümə üzümə yaş axır Can aparır,əzrayıl can aparır Çatıbsa vaxtı,zaman vermiyir imkan aparır Titrəyir əlim,qolum başım hərlənir deyəsən Ürəyim tir tir əsir,gözümdə leysan,aparır Ölü cansız bədənim içindədir tabutumun Məni dəfn eyləməyə bir qrup insan aparır Vay olsun halıma,ki mənim tək bəndə Sonuncu mənzilinə bir belə nöqsan aparır Mən səni gözləmirdim əcəl,yaman tez gəldin Məni qaytar həyata çay kimi səssizcə axım Nə gözəl əsir küləklər o kiçik pencərədən Mənə bir fürsət ver bu dünyaya bir də baxım Mənimki arzularım,ümidlərim qalmışdı Əcəlin yelləri əsmiş ömrümün sarayına Hardadır dost-tanışım,hardadır var dövlət Bir nəfər yoxmudur məgər yetişsin harayıma Üşüdür canımı əcəlin küləyi Sıxılır boğazım,bükülür biləyim Kəsilir nəfəsim,dayanır ürəyim Döyülən qapıda,ölümün özü var Bu dünya kimləri almış,unudub kimləri gör Cəmi 40 gündür matəmin,əzab iztirab edərlər Canın ki çıxır bədəndən itirsən adını Sənə isminlə deyil mərhum deyə xitab edərlər Ayığ ol ey bəndə,hər gün ölümü düşün Nə qədər dünyaya dair xəyalə dalacaqsan? Üstündə gəzdiyimiz dünyanı yox edər Allah Sənimi saxlayacaq,sənmi qalacaqsan? Bəlkə də ölüm küləkdir əsəndə xəzan olur Biz payız vaxtı ağaclarda saralmış yarpağ Dünyanın malından ötrü,bir ömrü xərcləmişəm İndi bir kəfənim var,bir dəki qara torpağ Baxıram susaraq əcəlin üzünə O baxır yenə də qapanan gözümə Deyirəm gəl apar o susur və baxır O baxır gözümə üzümə yaş axır

Yüklənib: 2869, Həcm: 6.56 MB

BƏNZƏR MP3-LƏR
Gönül Dağı
Arıyorum
Gel Antepli
Geler Elbet
Bade Bade
Lya Lya Fa
Sanıyorlar
Ey Dunya
Öpüm keçsin