Hiss - İstəmirəm [2020]

Söz / Musiqi - Aslixan ( @aslixanoldrap ) Vocal mix - Noton ( @notonmkalibre ) Aranjeman / Mix&Mastering - Yuzbek Zagirov ( @yuzbek_zagirov ) Directed - Nicat Alışov ( @alishovofficial )


İstəmirəm daha səni görmək Kim dedi ki, sənə geri dön gəl Bu sevgi salır bizə kölgə Getməlisən qabağdadı döngə 1'ci hissə: Bu qız sənin kölən, deyil qara qulun! Keçmişimi sat alıram, nədi para pulu? Olan olub demə! Denən, dünən hara olub? Məni mənə qaytar ki, mənə qalan odu... Soyuqluq birdən yox, aram aram olur Unutmaq, itirib aramadan olur... Yeni biri gəlir guya yara saran olur, sonra Yenə yalan olur, yenə-yenə yara olur... Yerim deyil sənin yanın, yerin deyil yanım Bu puzzle'da olmadın ki, sən o biri yarım Bu ürək ona görə köz olub yanır, onu Doğma olan atıb gedir yad olanlar qalır Ya dolanım başına de yanında mı qalım? Ya soyadını daşıyım ya adımda mı qalım? Bunu qəlbimə qoyduğun izlər bilər, səni İstəmirəm... 2'ci hissə Qayıt , demə mənə qayıt, bunun ötüb ili ayı, Yoxdur daha bizim üçün bu sevginin payı. Vurduğun o yaraların neçəsini sayım? Denən neçəsini sayım? Bəlkə də bu belə gözəl, sən Dərk elə ki, sən daha özəl biri Deyilsən, nə məndə mən qaldı, Nə də sən o sən deyilsən. Unut məni daha unut məni, Burda hava tutqun, üstümüzə qara bulud gəlir, Həyat ölüm qalım oyunudu qalan olur qəti, İndi silah məndədi denən hara vurum dəqiq? Tək kişilər deyil gang-gang Yum gözünü çəkim tətiyi bang-bang, Axı gördükcə səni hirslənirəm, görmək İstəmirəm...

Yüklənib: 57, Həcm: 4.19 MB

BƏNZƏR MP3-LƏR
Qardasim
Ya Huseyn, vay Huseyn
Ağlama sevda
Sensizem
Şelale
Gönül Dağı
Arıyorum
Gel Antepli
Geler Elbet
Bade Bade