İfrat - Qəlbin Səsi [2017]

Söz, mus: İfrat Dünyamalıyev Aranjiman: Nazim Məmmədli Gitara: Şahin Əlizadə Əsərin adı: Qəlbin Səsi Video Montaj: Elgun Alizadeh

Bənd Yenə payızın ətri duyulur havada, Keçmişim göz önünə gəlir arada. Dualar eləyirəm ki, Allahım, Bizi ikinci dəfə yenidən yarada. Bəlkə, onda bəxtimiz bir olacaq, Yolumuz tək ölümlə ayrılacaq. Bilirəm bunlar da boş xəyaldır, Mənə elə peşmançılığım qalacaq. Nəqarət Gözlər dolar, boşalınca ürək, Vardır elə şeylər, olmur demək. Bəzən, böyüklərin səsin deyil, Qəlbin səsin də, dinləmək gərək! Bənd İpimi verdiyim üçün əzizlərimə, Təkliyi kəsdi mənə həyat cərimə. O mənə gün ağlayanların indi, Heç biri ağlamır mənim yerimə. Bəlkə mən etdim günahın çoxusun, O istəyirdi sevgisin qorusun. Gör neçə vaxtdır qurumur gözümüz, Get, dediyim yerdə dilim qurusun! Nəqarət Gözlər dolar boşalınca ürək, Vardır elə şeylər olmur demək. Bəzən böyüklərin səsin deyil, Qəlbin səsin də dinləmək gərək!

Yüklənib: 74, Həcm: 6.18 MB

BƏNZƏR MP3-LƏR
Qardasim
Ya Huseyn, vay Huseyn
Ağlama sevda
Sensizem
Şelale
Gönül Dağı
Arıyorum
Gel Antepli
Geler Elbet
Bade Bade