İfrat - Yenə o bağ olaydı [2021]

Söz: Mikayıl Müşfiq Mus: İfrat Dünyamalıyev Əsərin adı: "Yenə o bağ olaydı" Aranjiman: Nail Yusifov Bekvokal: Həyat Həsənzadə Zərbdə: Hüseyn Ağamalıyev Qarmonda: Fərid Bənnayev Gitarada: Şahin Sadıqov Rejissor: Rəşad Həsənov Aktyor: Nigar İbrahimova

(Bənd) Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. (Nəqarət) Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?! Söylə, ürəyincəmi?! (Bənd) Yenə o bağ olaydı, yenə sizə gələydik, Danışaydıq, güləydik. Ürkək baxışlarınla ruhumu dindirəydin, Məni sevindirəydin. Çəkinərək çox zaman söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə bir vuraydı, qəlbimiz gizli-gizli, Sən, ey əsmər bənizli. (Nəqarət) Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?! Söylə, ürəyincəmi?!

Yüklənib: 25, Həcm: 4.96 MB

Loading...
BƏNZƏR MP3-LƏR
Popuri Toy mahnilari - 3
Ruhumun Sesi
Tek Adamsan
İki Gözümün Sudesi
Değer Mi Ki
Demedimmi
Canın Sağ Olsun
Qadinam
Sen Deliye Baglaniram