Rəsul Əfəndiyev - Sən bil bəsimdi [2020]

Söz : Ümid Sadə Musiqi : İlham İsayev Aranjiman/Mix Master : Ramin Ali Rejissor : Delee Oruclu Prosdüsser : Azik Kərimov Media Menecer: Elvin Elxan Sözləri Sənin ürəyinin döyüntüləri, Mənim məhəbbətimdir, Həzin səsimdir. Qoyma aramıza girsin kimlərsə, Səni sevdiyimi sən bil bəsimdir. Kədərdən, qüssədən sil baxışları, Necə izah etsin dil baxışları. Bahar güllərinin gül baxışları, Dünyada ən gözəl, şəkil, rəsimdir. De niyə xəyalın eşitməz məni, Sanma odu həsrətin üşütməz məni. Versən yoxluğunu yaşatmaz məni, Sənsizlik axırıncı, son nəfəsimdir. Hicrin zülmətləri sərib könlümdə, Eşqin həsrətini dərib könlümdə. Sənin məhəbbətin qərib könlümdə, Hündür çinarım, şux vələsimdir. İlk qış aylarında, qarladım gecə, Sən gəldin ömrümə, parladım necə. Qoyma məhəbbətimi, niskinlər içə, Səninlə məhəbbət uca isimdir. Ömür gedər gülüm, zamandır gələr, Gir isti qoynuma, eşqimə bələn. Dağları zəbt edən, göyləri dələn, Qatı dumanımdır, buz nəfəsimdir.

Yüklənib: 86, Həcm: 5.94 MB

Loading...
BƏNZƏR MP3-LƏR
Titredi Sesim
Ay Tənli Qadın
Sevseydi Getmezdi
Nedir mehebbet
Olub Elesem Yaxsdi
Hadi Anam Hadi
Qelebe