Riad - Payız Gecəsi [2021]

Sözləri: Payız gecəsi həzin külək, narın atan yağışlar Qara buludlu sərin havada soyuq-soyuq baxışlar Sakit otaq bir siqaret xatirələr bir də mən Üzümdə bir qürur fəqət içimdə yalvarışlar Səninlə mən bir ruh idik ayrı-ayrı bədəndə Bağışlamışdım səni mən mənə bu səhvi edəndə Sən əslində elə də qəbahətli bir şey etmədin Mənə bir həyat dərsi oldu tərk eliyib gedəndə Qara gözündən işarətdir həyatımda qaranlıq Zaman keçir, çıxıb gedir vəfasızdı cavanlıq Mən gələcək günlərimin hamını fəda edərdim Bircə dəfə gözüm gözünü görsə idi bir anlıq Şeh düşəndə səhərə yaxın gül üstündə jalələr Al yanağların misalı düzənlikdə lalələr Göyə baxaraq dərdlərimi buludlarla bölüşürəm Buludların göz yaşının səbəbidi ah-nalələr Sən gedəni üzümdə qəm, gözümsə intizarlı Saçıma ağ düşər görünər uca dağın üstü qarlı Sən gedişinlə mənə dağ çəkdin amma sevgilim Bu dağı elə sənin çəkməyindi edən vüqarlı Necə də çıxartdın mənə verdiyin əhdi yadından Mən səni seçmişdim özümə yar o qədər qadından Nə olsun ki, eşitmirsən, unutmusan bəlkə də Mənsə şeirlərdə istifadə edirəm adından Bu hala nəcür düşdüyümü anlamadım özümdə Hələ də sənin xəyalındı duran nəmli gözümdə Hər şeirdə gizlədirəm adını sözlər içində Özünü taparsan axtarsan əgər məna sözümdə Kipriyin ox, qaşın kaman atıb ürəyimi dələrdin Mən ölməmiş sağlığımda bircə dəfə gələrdin Üz-üzə duraq, gözünə baxıb sənə danışım dərdimi Sənə sənin haqqında danışsam elə kövrələrdin

Yüklənib: 81, Həcm: 4.08 MB

Loading...
BƏNZƏR MP3-LƏR
Cixdin Getdin Heyatimdan
Susma Remix
Gedek Gurcustana
Ritmik Mahnılar
İtmiş Ada
Dallarımı Kırdılar
Popuri Toy mahnilari - 3
Ruhumun Sesi
Tek Adamsan